II və III qruplar üzrə qəbul imtahanlarının NƏTİCƏLƏRİ açıqlandı


Digərləri 31 May 2019 16:17:20 230 0

II və III qruplar üzrə qəbul imtahanlarının NƏTİCƏLƏRİ açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"nin qrafik təsvirləri ilə tanış ola bilərlər.

İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 35423 abituriyentdən 1148 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Qeyd edək ki, imtahanda abituriyentlərə II ixtisas qrupunda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III ixtisas qrupunda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.