Cinsini dəyişdirən erməni idmançı bıçaqlandı


Dünya 31 May 2019 16:05:00 274 0

Cinsini dəyişdirən erməni idmançı bıçaqlandı

Hollandiyanın paytaxtı Amsterdamın mərkəzində keçmiş "Avropa çempionu" Mel Daluzyan bıçaqlanıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, 3 il öncə Meline Daluzyan adı ilə bütün dünya ictimaiyyətini aldadaraq qadın cildində ağırlıqqaldırma üzrə Avropa çempionu olmuş Mel döş qəfəsindən və kürəyindən bir neçə bıçaq yarası alıb.

Kişi olduğu təsdiqlənəndən və bütün titulları ləğv ediləndən sonra Ermənistanı tərk edərək Avropaya qaçan Mel Daluzyan bu gün səhər saatlarında ağır yaralanıb.

Məlumata görə, maskalı şəxs qəfil ona hücum çəkib. Dərhal xəstəxanaya yerləşdirilən Mel Daluzyanın vəziyyətinin stabil olduğu bildirilir.