Rus şirkətdən qısa ətək qərarı:


Dünya 31 May 2019 15:20:00 225 0

Rus şirkətdən qısa ətək qərarı:

Rusiyada alüminium istehsalçısı olan "Tatprof" şirkətinin qadın əməkdaşlarına qısa ətək geyinməsi ilə bağlı şərti rezonans doğurub.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, şirkət qısa ətək geyinən işçilərə hər saatda əlavə 100 rubl ödəyəcəyi qərarını verib.

Şərtə görə, qadınlar əlavə ödənişi almaq üçün qısa ətəklə fotoşəkil çəkdirərək şirkət rəhbərliyinə göndərməlidirlər.

İyunun 30-dək "Feminizm marafonu" adlı kampaniyaya başladıqlarını açıqlayan "Tatprof" 60-dan çox qadın işçinin kampaniyaya qoşulduğunu bəyan edib. Kampaniya çərçivəsində qadınlar dizdən 5 sm yuxarı və ya daha qısa ətək geyinməlidir.