Xətai rayonunda baş verən sızma ilə bağlı suyun verilişi dayandırıldı
Digərləri 31 May 2019 15:17:00 220 0
Xətai rayonu, M.Hadi küçəsində su xəttində baş vermiş sızma ilə əlaqədar rayonun bəzi küçə və prospektinə içməli suyun verilişi dayandırılıb.
Bakı. Samir Əli -
Bakının Xətai rayonu, M.Hadi küçəsində su xəttində baş vermiş sızma ilə əlaqədar rayonun bəzi küçə və prospektinə içməli suyun verilişi dayandırılıb.
Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, hazırda qurumun qəza xidməti hadisə yerində problemin aradan qaldırılması ilə bağlı işlər görür:
"Problem bu gecə aradan qaldırılacaq. Həmin müddətdə Xətai rayonunun bir hissəsinə - əsasən M.Hadi, Xudu Məmmədov, Vunq Tau küçələri və Gəncə prospektinin bəzi hissəslərində içməli su olmayacaq. Təmir işləri başa çatandan sonra həmin ərazilərə su veriləcək".
Mənbə: az.trend.az