Prezident baş naziri oteldən götürmək üçün “QAZ21”lə gedib FOTO


Dünya 31 May 2019 14:48:00 267 0

Prezident baş naziri oteldən götürmək üçün “QAZ21”lə gedib  FOTO

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov klassik avtomobili ilə Rusiya baş naziri Dmitri Medvedyevi oteldən götürmək üçün gedib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, Türkmənbaşı "Volqa QAZ-21" markalı avtomobilin sükanı arxasında olub, Medvedyev isə sərnişin kreslosunda əyləşib.

Onlar birlikdə Aşqabad ətrafı avtomobil turuna çıxıblar.

Budan sonra Medvedyev və Berdiməhəmmədov prezident binasına gedərək səhər yeməyi yeyiblər.


Xəbərə aid fotolar