"Cəbhə xəttində zabitimizin şəhid olması Ermənistan tərəfindən düşünülmüş bir təxribatdır"


Siyasət 31 May 2019 14:25:00 185 0

"Cəbhə xəttində zabitimizin şəhid olması Ermənistan tərəfindən düşünülmüş bir təxribatdır"

Cəbhə xəttində zabitimiz Aqil Omarovun şəhid olması adi hadisə deyil, bu, Ermənistan tərəfindən düşünülmüş bir təxribatdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən iclasında deyib.

A.Mirzəzadə bildirib ki, zabitimizin şəhid olması göstərir ki, Ermənistanın bu məsələdə çox düşünülmüş, təxribatçı bir siyasəti var:

"Belə bir təsəvvür yaranır ki, ya Paşinyan ikizülülük edir, diplomatik danışıqlar aparır, gizlində isə silahlı qüvvələrə Azərbaycana qarşı belə çirkin addımlar atmağa tapşırıq verir, ya da ki o, silahlı qüvvələrə nəzarət etmir".

Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin regionda səfərdə olduğu bir vaxtda belə bir addım Ermənistanın qeyri-konstruktivliyindən xəbər verir.