Aydın Mirzəzadə: Cəbhə xəttində zabitimizin şəhid olması Ermənistan tərəfindən düşünülmüş bir təxribatdır


Digərləri 31 May 2019 14:03:00 182 0

Aydın Mirzəzadə: Cəbhə xəttində zabitimizin şəhid olması Ermənistan tərəfindən düşünülmüş bir təxribatdır

Zabitimizin şəhid olması göstərir ki, Ermənistanın bu məsələdə çox düşünülmüş, təxribatçı bir siyasəti var

Bakı. Elçin Mehdiyev – Cəbhə xəttində zabitimiz Aqil Omarovun şəhid olması adi hadisə deyil, bu, Ermənistan tərəfindən düşünülmüş bir təxribatdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən iclasında deyib. A.Mirzəzadə bildirib ki, zabitimizin şəhid olması göstərir ki, Ermənistanın bu məsələdə çox düşünülmüş, təxribatçı bir siyasəti var: "Belə bir təsəvvür yaranır ki, ya Paşinyan ikizülülük edir, diplomatik danışıqlar aparır, gizlində isə silahlı qüvvələrə Azərbaycana qarşı belə çirkin addımlar atmağa tapşırıq verir, ya da ki o, silahlı qüvvələrə nəzarət etmir".