"2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun qəbul olundu


Digərləri 31 May 2019 14:03:00 232 0

"2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun birinci oxunuşda qəbul olunub.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin bu gün keçirilən plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun birinci oxunuşda qəbul olunub. Trend-in məlumatına görə, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 508 869,7 min manat, xərclər isə 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib. Bundan başqa, 2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin