Hesablama Palatasının sədri: "İqtisadi artımın təqribən 81 faizi qeyrineft sektoru hesabına təmin olunub"


Digərləri 31 May 2019 13:10:00 242 0

Hesablama Palatasının sədri: "İqtisadi artımın təqribən 81 faizi qeyrineft sektoru hesabına təmin olunub"

Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə çıxışı zamanı deyib.

V.Gülməmmədov vurğulayıb ki, neftin qiymətində kəskin azalmalardan sonra devalvasiya dalğası və iqtisadi artım templərində ciddi tərəddüdlər izlənsə də, neftin qiymətinin artması 2018-ci ildə makroiqtisadi stabilliyin bərpası istiqamətində müsbət meyillər üçün münbit şərait formalaşdırıb:

"İqtisadiyyatda faktiki yaradılmış ümumidaxili məhsulun nominal həcmi 79.8 milyard manat olub, real ifadədə artım 1.4 faiz təşkil edib, proqnozlara əsasən ümumidaxili məhsulun real artımı tamamilə qeyri-neft sektoru əsasında reallaşdırılacağı gözlənilib və bu gözləntilər özünü doğruldub. Belə ki, iqtisadi artımın təqribən 81 faizi qeyri-neft sektoru hesabına təmin olunub. 2018-ci ilin dövlət büdcəsi milli valyutanın stabil kursu şəraitində icra olunub. Manatın stabil dinamika nümayiş etdirməsi nominal effektiv məzənnənin möhkəmlənməsi ilə nəticələnib".