Kuarejma: "Azad Rəhimovun qonağıyam" - müsahibə


İdman 31 May 2019 12:57:00 245 0

Kuarejma: "Azad Rəhimovun qonağıyam" - müsahibə

Portuqaliya millisinin və Türkiyənin Beşiktaş komandasının futbolçusu Rikardo Kuarejma Gənclər və İdman naziri Azad Rəhimovla görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Goal.az həmin müsahibəni təqdim edir...

- Səfərinizin əsas məqsədi nədən ibarətdir?

- Mən Azad Rəhimovun qonağıyam və Bakını ailəmlə birlikdə gəzməyə gəlmişəm. Əvvəllər də burada olmuşdum, indi daha da gözəlləşdiyini görürəm. Dünən axşam Bakıya çatdığımdan, şəhəri elə də çox gəzmək imkanım olmayıb. İlkin təəssüratlarım çox yaxşıdır. Şəhər çox gözəldir. Bir neçə gün burada olacaq və ailəmlə gəzəcəyəm.

- Beşiktaş-da qalacaqsınızmı?

- Beşiktaş mənim evimdir, klubu çox sevirəm və karyeramı orada bitirmək istəyirəm.

- Neçə yaşınıza qədər futbol oynamağı düşünürsünüz?

- Özümü sağlam hiss etdiyim müddətdə futbol oynamağa davam edəcəyəm. Hazırda durumum yaxşıdır və hələ futbol oynayacağam.

- Karyeranızı Azərbaycanda davam etdirmək istəyərdinizmi?

- Hələ ki, Beşiktaş ilə davam edən müqaviləm var və bu klubu çox sevirəm. Karyeramı da Beşiktaş-da bitirmək istəyirəm.

- Fenerbahçe klubunun sizə təklifi olduğu deyilirdi, bu barədə nə deyə bilərsiniz?

- Satılıq futbolçu deyiləm, mənim üçün pulun məbləğinin önəmi yoxdur. Türkiyədə Beşiktaş-dan başqa klubda oynamaram.

- Bakıda keçirilən Avropa Liqasının final matçını izlədinizmi?

- Matçı izlədim, çox maraqlı oyun oldu. Əvvəllər Chelsea-də oynadığım üçün onların qələbəsinə sevindim. (Report)