Ünvanlı sosial yardım almaq üçün nə etmək lazımdır? AÇIQLAMA


Digərləri 31 May 2019 12:55:00 322 0

Ünvanlı sosial yardım almaq üçün nə etmək lazımdır?  AÇIQLAMA

Ünvanlı dövlət sosial yardımı almaq üçün lazım olan sənədlərin siyahısı və prosedur qaydası açıqlanıb.

Son.az xəbər verir ki, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyindən ölkə.az-a verilən məlumata görə, vətəndaş bunun üçün e-sosial.az və ya e-gov.az portalında "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" bölməsinə daxil olaraq tələb olunan məlumatları qeyd etməlidir.

Bu zaman aşağıdakı sənədlərin toplanması vacibdir: - Ailə tərkibi haqqında arayış; - Şəxsiyyət vəsiqəsi (bütün ailə üzvlərinin); - Təmsilçilik ərizəsi (notariat orqanından alınır). Müraciətə 15 iş günü ərzində baxılır. Qeyd edək ki, paytaxtın Səbail və Yasamal rayonlarının sakinləri bununla bağlı həm də 1 saylı Bakı DOST mərkəzinə müraciət edə bilərlər.

Prosedurla bu linkdə daha ətraflı tanış ola bilərsiniz.