Komitə sədri: "Dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib"


Digərləri 31 May 2019 12:56:00 234 0

Komitə sədri: "Dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib"

Azərbaycan bu gün dünyada dinamik inkişaf edən ölkə kimi tanınır, mühüm qlobal layihələr həyata keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, ötən il əhalinin adambaşına düşən gəlirləri artıb, inflyasiya təkrəqəmli olub, manatın məzənnəsi sabit qalıb.

Z.Səmədzadə vurğulayıb ki, enerji daşıyıcılarının qiymətlərindəki müsbət dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub:

"2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 30,9% artaraq, 31,8 mlrd. dollar təşkil edib. Tədiyyə balansında 20,3 mlrd. manatlıq müsbət saldo yaranıb. Burada qeyri-neft əmtəə ixracının 9,8% artmasını xüsusi qeyd etmək lazımdır".