3ü bir manat olan limonu Bakıda məşhur şəxsə


Şou-biznes 31 May 2019 12:45:00 234 0

3ü bir manat olan limonu Bakıda məşhur şəxsə

"Şou ATV"nin efirində qonaq olan "Bu şəhərdə" kollektivinin illər öncə Heydər Əliyev sarayında baş tutan konsertindən bir kadr tamaşaçılara təqdim edilib. 

Son.az xəbər verir ki, efirdə "Səyyah verilişi Səbuhi ilə"ni parodiya edən əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovun sözügedən süjetində limon satmaq səhnəsi ilə bağlı bir məsələnin üstü açılıb.

Belə ki, konsert zamanı ön cərgədə əyləşən məşhur biznes-ledi Ruhi Əliyevanın "Üçü bir manat"a satılan limon üçün verdiyi pulun miqdarı açıqlanıb. 

"Bu şəhərdə" komandasının baş prodüseri Müşviq Abbasov Ruhinin 3 limona görə 200 dollar verdiyini deyib. Amma Coşqun Rəhimov həmin pulu kulisdə itirdiklərini qeyd edib.