Şəhid mayor dəfn olunub (VİDEO)


Digərləri 31 May 2019 12:35:00 264 0

Şəhid mayor dəfn olunub (VİDEO)

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb. Trend-in məlumatına görə, ötən gün şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib. Mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanıb, Şəhidlə vida mərasimi onun boya-başa çatdığı Lələpaşa kəndindəki evində keçirilib. Daha sonra şəhid 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn olunub. Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.