“"Atanız evə gəlir" deyib məktəbdən evə göndərdik"


Digərləri 31 May 2019 12:01:00 256 0

“"Atanız evə gəlir" deyib məktəbdən evə göndərdik"

Dünən səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti, 36 yaşlı mayor Aqil Omarov bu gün doğulduğu Qaxın Lələpaşa kəndində torpağa tapşırılacaq. Şəhidin iki oğlan övladı var.

Son.az xəbər verir ki, Qaxın Lələpaşa kənd orta məktəbindən unikal.org-a verilən məlumata görə, Aqil Omarov Balakən rayonunda doğulub. Amma o, ailəsi ilə birlikdə Qaxın Lələpaşa kəndində yaşayıb.  Aqilin böyük oğlu Uğur 4-cü, Süphan Omarov isə Lələpaşa kənd orta məktəbin 2-ci sinif şagirdidir.  Məktəbin direktoru Elxan Bayramov bildirib ki, uşaqları "atanız evə gəlir" deyib məktəbdən evlərinə  yola salıblar: "Onlar da sevinə-sevinə evlərinə gediblər. Heç birinin atalarının şəhid olmasından xəbəri yoxdur".

Şəhidin Uğur və Süphan adlı övladları ilə görüntüsünü oxuculara təqdim edirik:


Xəbərə aid fotolar