"AzəriÇıraqGünəşli" Azərbaycanda əsas neft yatağı olaraq qalır


Digərləri 31 May 2019 11:51:00 241 0

"AzəriÇıraqGünəşli" Azərbaycanda əsas neft yatağı olaraq qalır

"Azəri-Çıraq-Günəşli" (AŞQ) yatağından mayın 1-ə qədər 483 milyon ton neft və 157 milyard kub metr qaz hasil olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" sessiyasında bildirib.

X.Yusifzadə deyib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından 483 mln.ton neft hasil edilib ki, onun da 280,4 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

Blokdan hasil edilən neftin 58%-i Azərbaycanın payına düşür.