Azərbaycanlı iş adamına 40 min dollar “atan” balerina rekord kitabına düşdü FOTO


Dünya 31 May 2019 11:55:00 288 0

Azərbaycanlı iş adamına 40 min dollar “atan” balerina rekord kitabına düşdü  FOTO

Rusiyalı balet ustası Anastasiya Voloçkova "Rusiyanın Rekordlar Kitabı"na daxil edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Voloçkova bu barədə İnstaqram səhifəsində məlumat verib.

"Mən həmişə zarafat edirdim ki, mənim şpaqatım Rusiyanın rekordlar kitabına düşməlidir. Bu gün bu baş verdi. Şpaqat  rekord kitabına daxil edildi", - balerina yazıb.

Anastasiya əlavə edib ki, uzun illər bu bacarığı üzərində çalışıb və izləyicilərini də idmanla məşğul olmağa çağırıb. Bundan başqa Voloçkova bildirib ki, ünvanına səsləndirilən mənfi fikirlərə baxmayaraq, təslim olmaq fikrində deyil.


Xəbərə aid fotolar