DİQQƏT! Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq


Digərləri 31 May 2019 10:45:00 247 0

DİQQƏT! Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq

Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq

Bakı. Bu gün və sabah axşam saat 23:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Böyük Şor yol qovşağına kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir. Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.