Deputatlar bu gün dövlət büdcəsini müzakirə edəcəklər


Digərləri 31 May 2019 10:29:00 210 0

Deputatlar bu gün dövlət büdcəsini müzakirə edəcəklər

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə ediləcək.

Ötən gün isə deputatlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələni, Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi, o cümlədən "İcra haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi məsələlərini müzakirə ediblər.

Ümumilikdə Milli Məclisin iki gün davam edən iclasının gündəliyinə 26 məsələ daxildir.