Rusiya və Yaponiya arasında vizasız rejim təklif edildi


Dünya 31 May 2019 10:15:00 278 0

Rusiya və Yaponiya arasında vizasız rejim təklif edildi

Moskva Tokioya tam vizasız rejimə keçməyi təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaponiyalı həmkarı Taro Kono ilə görüşdən sonra bildirib.

Rusiyalı nazir deyib: "Bu gün Yaponiyaya Rusiyanın çoxdan təklif etdiyi vizasız rejimə keçidlə bağlı fikrini bir daha xatırlatdıq. Vizasız rejim istər işgüzar, istərsə də turist səfərlərinə aid edilə biləcək. Ümid edirik ki, bizim bu təklifimiz istiqamətində müzakirələr və dialoq davam etdiriləcək".