“Bağışla ki, sənə saçlarımı qurban verə bilirəm, həyatımı yox”


Şou-biznes 31 May 2019 10:05:00 228 0

“Bağışla ki, sənə saçlarımı qurban verə bilirəm, həyatımı yox”

Ötən gün xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın saçlarını keçəl etdirməsi sosial mediada müzakirə edilib.

Son.az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı Röyalın da ona dəstək olaraq eyni addımı atması təqdirəlayiq hesab olunub.

Daha bir diqqət çəkən məqam isə Röyalın sosial şəbəkədə yazdığı status olub. O, keçəl fotosunu paylaşaraq "Bağışla ki, sənin üçün, sadəcə, saçlarımı qurban verə bilirəm, həyatımı yox" deyə, yazıb.

Qeyd edək ki, Tünzalənin xəstəliyi ikinci dəfə metastaz verib.