Rusiyadan gələn “Mercedes” Azadlıq prospektində işıq dirəyini aşırıb VİDEO


Digərləri 31 May 2019 09:51:00 246 0

Rusiyadan gələn “Mercedes” Azadlıq prospektində işıq dirəyini aşırıb  VİDEO

Gecə saatlarında Bakıda 2 avtomobil toqquşub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda, Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, Seymur Seyfullayev idarə etdiyi "BMW" markalı minik avtomobili ilə prospektlə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil Mircəlal Hüseynovun idarə etdiyi Rusiya Federasına məxsus qeydiyyat nişanlı "Mercedes" markalı minik maşınına çırpılıb, sonuncu isə, öz növbəsində, yol kənarındakı işıq dirəyinə çırpılıb.

Zərbənin təsirindən işıq dirəyi aşıb, hər iki avtomobil isə deformasiyaya uğrayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.