Nigar çəkiliş üçün buz kimi suya girdi


Şou-biznes 31 May 2019 09:33:00 287 0

Nigar çəkiliş üçün buz kimi suya girdi

Ötən gün Bakının məşhur restoranlarının birində müğənni Nigar Camalın "Я в твоём плену" adlı klipinin təqdimat mərasimi keçirilib.

Son.az xəbər verir ki, "Avroviziya" mahnı müsabiqəsinin qalibi olan müğənni təqdimata jurnalistlərlə yanaşı həmkarlarını da dəvət edib.

Nigar Camal çəkilişlərin bir gün ərzində Kiyevdə baş tutduğunu söyləyib.

"Çəkilişlərdə suda olduğum səhnələr var. Orada suyun temperaturu aşağı idi deyə, bir az çətinlik oldu. Bir də bədənimin rəngləndiyi yerlər var idi. Sonradan rəngləri çıxarmaq xeyli vaxt apardı".

"Bilirsiniz, hazırda yaxşı mahnı tapmaq çətin məsələdir, mən də keyfiyyətli iş təqdim etmək istəyirəm".


Xəbərə aid fotolar