Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın böyük hissəsi dolub


Digərləri 31 May 2019 08:52:00 238 0

Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın böyük hissəsi dolub

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1000-ə yaxın insan müraciət edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Hazırda sənədlərin qəbul olunması prosesi davam edir. İdarədən bildirilib ki, sənəd qəbulu kvota dolana qədər davam edəcək.

Zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Zəvvarlar 8 təyyarə reysi ilə yola salınacaq.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Ötən il isə Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.