Kiyevdə insult keçirən Milli Qəhrəmanımız Vətənə dönüb


Digərləri 31 May 2019 07:48:00 279 0

Kiyevdə insult keçirən Milli Qəhrəmanımız Vətənə dönüb

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyev Vətənə dönüb.

Son.az bildirir ki, Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Milli Qəhrəmanımızı Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıb.

Milli Qəhrəmanın müalicəsi Bakıda davam etdiriləcək. Artıq xəstə kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət etdirir.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.