Diqqətsiz sürücü naviqasiya sisteminə 1 hərfi səhv yazdı, İtaliya əvəzinə Almaniyaya getdi


Digərləri 31 May 2019 07:14:00 253 0

Diqqətsiz sürücü naviqasiya sisteminə 1 hərfi səhv yazdı, İtaliya əvəzinə Almaniyaya getdi

Diqqətsiz sürücü İngiltərədən Romaya getmək üçün avtomobilinin naviqasiya sisteminə Roma əvəzinə Rom yazdığı üçün Almaniyaya gedib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 81 yaşlı italyan məkana çatanda avtomobildən enib və əl əyləcini çəkməyi unutduğu üçün qəzaya düşüb.

81 yaşlı italyan İngiltərənin Nyukasl şəhərindən İtaliyanın Roma şəhərinə səfər etmək üçün avtomobilinə minib. O, naviqasiya sisteminə Roma əvəzinə Rom yazıb və Almaniyanın şimalındakı Rom bölgəsinə gedib. Rom bölgəsinə çatanda özünü itirən sürücü maşından enib və əl əyləcini çəkməyi unudub. Bu zaman avtomobil sürüşməyə başlayıb və yol lövhəsinə dəyərək dayanıb. Avtomobilin hərəkətinə mane olmağa çalışan sürücü isə açıq qapı toxunduğu üçün yıxılıb və xəsarət alıb.

Bir hərf səhvi sürücüyə 1800 km məsafəni əlavə qət etməklə başa gəlib.