Ən varlı insanın keçmiş arvadı 37 milyard dolları nə edəcək? AÇIQLAMA


Digərləri 31 May 2019 05:30:00 299 0

Ən varlı insanın keçmiş arvadı 37 milyard dolları nə edəcək?  AÇIQLAMA

"Amazon"un qurucusu və dünyanın ən varlı insanı sayılan 55 yaşlı Ceff Bezosdan boşanan keçmiş arvadı 37 milyard dollar sərvətə sahib olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, 48 yaşlı Makkenzi boşanmadan sonra əldə etdiyi mirasın yarısını xeyriyyə qurumuna bağışlayacağını açıqlayıb.

Qadın yazılı açıqlama verərək boşanmadan əldə etdiyi 37 milyard dollarlıq sərvətin yarısını "Giving Pledge" adlı xeyriyyə hərəkatına bağışlayacağını bildirib: "Kifayət qədər pulum var. Kassa boşalana qədər yardım etməyə davam edəcəm".