Səxavətlilər, simiclər, kərimlər və ləimlər


Digərləri 30 May 2019 23:50:00 155 0

Səxavətlilər, simiclər, kərimlər və ləimlər

Mübarək İslam dininin bizə tövsiyə etdiyi əxlaqi fəzilətlərdən biri - səxavətli olmaqdır. Bu kəlmənin əks mənası paxılllıq, xəsislik və israfdır. İnsan hər bir şeydə mötədil olduğu kimi, səxavət mövzusunda da mötədil olmalıdır. Bu məsələdə ağlına etibar edə bilər. Belə ki, ağlı ona səxavətin xeyirini və faydasını xatırladıb, xəsisliyin pis aqibətini yadına sala bilər. (Tebyan)

Bizim həyata baxışımız əmllərimizə birbaşa təsir qoyar. Əgər həyata baxışımız müsbətdirsə, əməlimiz də gözəl olar. Ancaq əgər gözəl olmazsa, əməlimiz də çirkin olacaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, əgər bu baxışlarımızı bir qədər dəyişsək və hər şeyə tövhidi baxışla baxsaq, görərik ki, hər şeyin maliki Allahdır. Biz isə onun əmanətləriyik. Həmin Allah bizə əmr edir ki, nə xəsislik edin, nə də israf. Bunu nəzərə almalıyıq ki, səadətə çatmaq üçün Allahın əmrlərini yerinə yetirməliyik. Əgər xəsisliyin kökünü axtarsaq, görərik ki, Allahı kifayət qədər tanımağağa qayıdır.

Hədislərin birində oxuyuruq: "Simiclikdən çəkinin, çünki simiclik elə bir bəladır ki, azad və imanlı insanda heç bir zaman olmaz. Simiclik imana ziddir".

Bəzən iman zəifliyi bizi simicliyə tərəf çəkər. Əgər insan yəqin etsə ki, bütün bərəkətlər Allahın əlindədir, İlahi vədəyə imanı olsa infaq etməkdə simiclik etməz. Allah infaq etməyə görə çox sayda savab müəyyən etmişdir. Əgər insan bu inancda olarsa, bu zaman infaq etmək də ona rahat olar. İmam Əli (ə) buyurur: "İnsanın əlində olanlara simiclik etməsi Allaha etdiyi sui-zənnə görədir".

Əgər Allahın bizə əta etdiyi nemətlərə diqqətlə baxsaq, görərik ki, bu nemətlər bizim ehtiyacımız olandan daha çoxdur. Ona görə bu nemətdən başqalarını da bəhrələndirə bilərik. Bəzi dar düşüncəli insanlar elə bilir ki, simiclik edərək, sərvət toplaya bilər. Belə fikiləşir ki, əgər infaq etsə, malı azalacaqdır. Bu da xəsisliyin başqa bir amilidir. Bu cür batil düşüncələrdən xilas olmağın yolu budur ki, infaqın fəzilətlərini tanıyaq və onun mal-dövləti azaltmasına deyil, əksinə, artırmasına səbəb olduğunu anlayaq. Eyni zamanda xəsisliyin aqibətinə diqqət edək və bu əməlin əksi olan səxavətə üz tutaq.

Simic insanın rahatlığı olmaz. Həzrət Peyğəmbər (s) buyurur: "Simic insanın rahatlığı başqalarından daha azdır".

İmam Rza (ə) buyurur: "Simiclik insanın abırını bada verər".

Həzrət Peyğəmbər (s) buyurur: "Səxavət - behişt ağaclarından biridir ki, dünyada olan hamı budaqlarına asılmış olar. Ona görə də o kəs ki, səxavətli olar, özünü bu budaqlara asmış olar. Bu budaq da onu behiştə çəkər. Simiclik isə atəşin ağaclarından biridir ki, dünyada olan hamı budaqlarına asılmış olar. O kəs ki, simic olar, özünü onun budaqlarına asmış olar. Bu budaq da onu atəşə tərəf çəkər".