Bəsirətli insanın nişanələri


Digərləri 30 May 2019 23:55:00 208 0

Bəsirətli insanın nişanələri

Quran və hədislərə əsasən, bəsirətli insan Allahın bütün hərəmlərinə yol tapmış insanlardır. Başında olan gözü ilə gördüyü kimi, qəlbində olan gözü ilə də həqiqətləri görür. Əgər Allahın halal və haramını görürsə, halal və haramın bütün dünya və axirət nəticələrini də görür və müşahidə edir. İmam Əli (ə) bu cür görmək haqqında belə buyurur: "Onların behiştlə nisbətləri elədir ki, sanki onu görürlər və nemətlərindən bəhrələnirlər". Bu insanlar yer üzündə yaşamasına baxmayaraq, behişti görürlər və onun nemətlərindən bəhrələnirlər. Qiyamət günü behişt əhli ayağını behiştə qoyan zaman deyəcəkdir: "Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir". ("Bəqərə" 25).

Son.az deyerler.org-a istinadən bildirir ki, onlar behişti öz ibadətləri ilə bu dünyada hiss edirlər və dadırlar. Həzrət Peyğəmbər (s) bu insanlar haqqında buyurur: "Onların ibadətləri aşiqcəsinədir. İtaət və namazı məhbub bilir və günaha nifrət edirlər".

Bəsirətli insan bu dünyada yaşayır, ancaq o biri dünyada gəzir. Bütün həqiqətləri hiss edir. Onlar Allahın elə hərəmlərinə yol tapırlar ki, başqaları ora girə bilmirlər. İmam Əli (ə) buyurur: "Əgər bütün pərdələri kənara çəksələr, mənim yəqinimə nə isə əlavə olmayacaqdır".

Burada Həzrət (ə) demək istəyir ki, mənim üçün artıq çəkilməmiş pərdə qalmamışdır. O, Allahın bütün qeyb və şühud hərəmlərinə yol tapmış əziz insan idi. (Erfan)

İnsan gərək Quranı, Peyğəmbəri-Əkrəmin (s) və İmamların (ə) dediklərini qəbul etsin. Çünki onlar bizim üçün hüccətdirlər. İnsanlar Qiyamət günü onların verdiyi suallara cavab verməlidirlər. Peyğəmbərin (s) və İmamların (ə) ardıcıllları hər zaman yüksək dözümə malik olduqları üçün haramın və günahın qarşısınıda müqavimət göstərmişdilər. Allaha ibadətdə və xəqlə xidmətdə heç nəyi əsirgəməmişdilər. Bu insanlar başqa insanlardan fərqli olaraq, pak yaşamışdılar. Müəyyən həddə qədər Peyğəmbərlər (ə) və İmamlara (ə) aid hərəmlərə yol tapa bilmişdilər.

İmam Sadiq (ə) buyurur: "Onlar gah yuxu aləmində, gah da ayıq olan zaman bu hərəmlərə yol tapırlar. Sayları məhduddur".