Telefonuna enerji yığan kişini “tok vurdu”


Digərləri 30 May 2019 23:57:00 208 0

Telefonuna enerji yığan kişini “tok vurdu”

Tailandın Nakxonratçasima vilayətində 22 yaşlı kişi yataqda olarkən telefonunu elektrik cərəyanına qoşub və elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə mayın 27-də baş verib. Qonaq gözləyən ev sahibi əlindəki telefonla birlikdə çarpayıya uzanıb və "tok vurması" nəticəsində ölüb.

Onun meyitini qohumu tapıb. Mərhum gəncin əlində yanıq izləri və hələ də cərəyana qoşulu olan telefonu olub. Hadisə yerinə gələn həkimlər onun 5 saat öncə öldüyünü müəyyənləşdiriblər.

2018-ci ilin dekabrında İndoneziyada cərəyana qoşulmuş telefonla oyun oynayan uşaq da elektrik cərəyanı zərbəsi nəticəsində ölüb.