Putinlə Ərdoğan telefonda danışdı


Dünya 30 May 2019 23:31:00 225 0

Putinlə Ərdoğan telefonda danışdı

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. Bundan başqa, Putinlə Ərdoğan hərbi-texniki sahədə əməkdaşlıq məsələsini müzakirə ediblər.

Prezidentlər 28-29 iyun tarixlərində Yaponiyada keçiriləcək G20 sammitində ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.