Azərbaycan nefti ucuzlaşır


Digərləri 30 May 2019 23:30:00 206 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 29-da 71,15 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 29-da 71,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,58 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.