Polşa Prezidenti Andjey Duda Azərbaycana rəsmi səfərə gəlib FOTO


Siyasət 30 May 2019 23:09:00 226 0

Polşa Prezidenti Andjey Duda Azərbaycana rəsmi səfərə gəlib  FOTO

Polşa Respublikasının Prezidenti Andjey Duda mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşa Respublikasının Prezidenti Andjey Dudanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.


Xəbərə aid fotolar