Ayıq insanların iftarı necə olur?


Digərləri 30 May 2019 22:45:00 215 0

Ayıq insanların iftarı necə olur?

İbadətin də insan kimi cismi və ruhu vardır. İmam Əli (ə) "Nəhcul-bəlağə"nin 145-ci hissəsində ruhsuz ibadətin gətirdiyi nəticələrə işarə etmiş və həqiqi ibadəti tanıtmışdır ki, onlara işarə edək.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "O qədər oruc tutanlar vardır ki, öz oruclarından aclıq və susuzluqdan başqa bəhrə aparmazlar. O qədər gecə oyaq qalanlar vardır ki, gecə qiyam etməklə yuxusuzluq və yorğunluqdan başqa səmərə aparmazlar. Afərin olsun ayıq insanların yuxusuna və iftarlarına".

İbadətin həm zahiri vardır və həm də batini. Zahiri odur ki, insan cismi ilə onu yerinə yetirər və zahirdə görünər. Ancaq batini - tərbiyəvi fəlsəfəyə malikdir ki, nəticəsi İlahi qürb məqamıdır. Bu nəticəyə çatmaq üçün ibadəti zahiri halda yerinə yetirmək kifayət deyildir. Onun ədəbinə diqqət etmək zəruridir. Misal üçün, əgər namazda qəlb hüzuru olmazsa, nəticəsi İlahi qürb məqamı ola bilməz.

Həmçinin oruc da o cürdür. Bu ibadətin də zahiri və batini vardır.

Əgər onun sadəcə zahirini yerinə yetirsək, yəni ancaq aclıq və susuzluq çəksək - kifayət etməyəcəkdir. Oruc tutan insan, bütün bədəni və ruhu ilə oruc olmalıdır. Ən mühüm olan isə o, qəlbi ilə oruc olmalıdır. Nəfsini islah edib, iradəsini gücləndirməlidir. Təqvasını artırıb, şeytani hissləri ilə mübarizə aparmalıdır.

Həzrət Peyğəmbərdən (s) gələn bir hədisdə oxuyuruq ki, Həzrət (s) bir xanımı görür ki, oruc halında kənizini söyür. Əmr verir ki, yemək hazır etsinlər və həmin qadına buyurur: "Ye". Qadın deyir: "Orucam". Həzrət (s) buyurur: "Necə oruc tutmusan ki, kənizini söyürsən?! Oruc tutmaq ancaq yeməkdən və içməkdən çəkinmək deyildir".