Öskürəklə nə vaxt mübarizə aparmaq lazımdır?


Digərləri 30 May 2019 22:35:00 232 0

Öskürəklə nə vaxt mübarizə aparmaq lazımdır?

Öskürək - bütün tənəffüs sistemi orqanlarının demək, olar ki, hamısının mütləq simptomu olaraq, orqanizmin verdiyi müdafiə reaksiyasıdır.

Çox vaxt öskürək xəstə üçün xeyirli olur, çünki tənəffüs yollarından irinli bəlğəmi, mikroorqanizmləri, tozu xaric edir. Lakin əgər öskürək uzun müddət davam edərsə, uşağı xeyli narahat edir, onu yatmağa qoymur, yüngüllük gətirmir, belə öskürək uşağın bronxlarının təmizlənməsində nəinki xeyir vermir, əksinə, bronxlarda iltihab prosesin qalmasına və yayılmasına "kömək" edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bəzən öskürək birbaşa tənəffüs sistemi xəstəlikləri ilə deyil, ürək-damar sistemi, sinir sistemi, həzm və s. sistemlərin xəstəlikləri ilə əlaqədar olaraq meydana çıxır.

Öskürək zamanı uşağın xaric etdiyi bəlğəmə fikir verin. Bəlğəmdə toxuma hissələri, gan görünərsə, bu çox ciddi və qorxulu bir vəziyyətdir və təcili olaraq həkim müdaxiləsi tələb edir.