Sağlamlıq üçün soyuq şorba için –


Digərləri 30 May 2019 22:25:00 237 0

Sağlamlıq üçün soyuq şorba için –

Yay aylarında isti ocaq qarşısında dayanıb şorba bişirməyə vaxt sərf etməyin. Yayda soyuq şorbalar yeyib, həm də sağlamlığınızın qeydinə qalın. Bu şorbalarda ərzaqlar keyfiyyətini saxlayır. Eləcə də belə şorbalar bədəni təmizləyib, arıqladır.

Son.az medicina.az-a istinadən yayda üzünüzü və canınızı güldürəcək məşhur soyuq şorbaları təqdim edir.

1.İspan  tomat şorbası

Milli ispan yeməyi acılı dad sevənlər üçün çox uyğundur.

Hazırlanması: 300 qr pomidor, 200 qr təzə xiyar, 2 bolqar bibəri, soğan, acı istiot, 1 diş sarımsaq kub formasında doğranılır, hamısı blenderdə qarışdırılır. Bura zeytun yağı, sarımsaq əzməsi, duz, istiot qatılır. Boşqaba çəkəndə bol göyərti səpilir, limon sıxılır. Bu şorba 2 saat soyuducuda saxlandıqdan sonra yeyilir.

2.Albalı (vişnə) şorbası

Macarıstanda məşhur yeməkdir. Turşaşirin dadı olur.

Hazırlanması: 400 qr vişnə, 1 çubuq darçın, 1 stəkan xama, limon, duz, su. Dərin qaba təzə vişnə, darçın, bir iki dilim limon qoyulub, üzərinə su alınır və odda bişirilir. 5 dəqiqə zəif odda saxlanılıb, götürülür. Ayrıca xama ilə 100 qr bişmiş vişnədən tumlarını çıxarıb blenderdə qarışdırılır.   Xamanı hazır şorbaya qatıb, soyuducuya qoyun. Süfrəyə verəndə nanə yarpaqları səpin.

3.Kvasda xiyar şorbası