Evdə dini yazı yazılmış kağızlar lazımsız qalıbsa, onları necə yox etmək olar?


Digərləri 30 May 2019 22:15:00 244 0

Evdə dini yazı yazılmış kağızlar lazımsız qalıbsa, onları necə yox etmək olar?

Evdə dini yazı yazılmış kağızlar lazımsız qalıbsa, onları necə yox etmək olar? Yandırmaq olarmı?

Dini yazılar, müqəddəslərin adları, Quran yazısı olan kağızlar əgər istifadəsiz qalıbsa və onları məhv etmək lazımdırsa, bunun üçün həmin yazıların hörmətinə uyğun şəkildə bir üsul seçmək gərəkdir.

Son.az islam.az-a istinadən bildirir ki, müqəddəs yazıları hörmətsiz şəkildə məhv etmək günahdır. Bu yazıları zibilliyə tullamaq və ya küçəyə ayaq altına atmaq qətiyyən yol verilməzdir və günahdır. Onları yandırmaq da olmaz, çünki bu da hörmətsizlik əlamətidir. Ən yaxşısı budur ki, torpaqda çuxur qazıyıb, yazıları orda basdırsınlar, bu halda kağızlar özü çürüyüb gedəcək. Ya da kağızları dənizə və ya çaya atsınlar ki, ya yazılar yuyulub getsin, ya da kağızlar zaman keçdikcə təbii yolla çürüsün. Əgər kağızın yalnız bir yerində müqəddəs yazı yazılıbsa, dəstəmazsız şəkildə toxunmamaq şərti ilə həmin hissəni kəsib ayırmaq, qalan kağızı adi yolla məhv etmək olar.