Ağ Evin qarşısında bir nəfər özünü yandırıb FOTO


Dünya 30 May 2019 22:18:00 252 0

Ağ Evin qarşısında bir nəfər özünü yandırıb  FOTO

Vaşinqtonda, Ağ Evin yaxınlığındakı "Ellips" parkında bir kişi özünü yandırıb.

İnsident mayın 29-da, günorta vaxtı, prezident Donald Tramp administrasiya binasında olarkən baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılmış kadrlarda paltarı yanan kişinin Ağ Ev və Kapitoli arasında yerləşən abidənin yanında çəmənliyə yıxıldığı görünür.

Hadisə şahidi 17 yaşlı Alina Berzin CNBC-yə belə məlumat verib:

"O yeriyirdi, polislər gələndə isə yıxıldı. Ətrafdakıların hamısı, o cümlədən mən də şoka düşmüşdük".

Berzinin sözlərinə görə, hadisə yerinə dərhal polislər, helikopter və yanğınsöndürən maşınlar gəlib.


Xəbərə aid fotolar