Günahların kökünü qurutmaq lazımdır


Digərləri 30 May 2019 21:55:00 217 0

Günahların kökünü qurutmaq lazımdır

İmam Əli (ə) buyurur: "Agah olun! Təqva ilə günahların kökünü kəsmək olar". İnsan hər bir əməli ki, yerinə yetirir, vücudunda bir kök salır. İlk baxışdan asan görünür. Bir günah işlədir, tez bir zamanda geri qayıdıb, tövbə edə bilir. Ancaq bir qədər ona əlavə olanda, vəziyyət bir qədər çətinləşir. İnsanın iradəsi zəifləyir. İnsan giriftar olanda, çox çətin və qəliz olur. (Tebyan)

Son.az deyerler.org-a istinadən bildirir ki, tövbəni qoca və ahıl yaşınıza saxlamayın. Deməyin ki, hələ cavanıq, vaxt vardır. O zaman fürsət olmaya bilər. Bu, şeytanın vəsvəsəsidir ki, işini axıra saxla, indi eləmə. Çünki şeytan o biri aləmə imanla getməyimizi istəmir. Ona görə də bütün peyğəmbərlərin (ə) dəvətlərini vəsəvəsə ilə insanlardan uzaqlaşdırmağa çalışmışdır.

Daxili şeytanınızı tanıyın. Xarici şeytanı da tanıyın. İnsan düşməni tanımayınca, onunla mübarizə apara bilməz. İnsanın daxili şeytanı adamın özüdür.

Namaz bütün günahların kökünü yandırar. Namaza ciddi diqqət etmək cəmiyyətdə rahatlıq və sakitlik yaradar. Əgər Allahın zikrini namazla bir yerdə iqamə edəriksə, rahatlıq bizə geri qayıdar. Sübhan Allah buyurur ki, hər kəs Allahın zikrindən qafil olarsa, çətin bir həyata düçar olar. Ona görə Allahı zikr edək və günahların kökünü qurudaq.