Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva IDEA İctimai Birliyinin təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak edib FOTO


Digərləri 30 May 2019 21:39:00 275 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva IDEA İctimai Birliyinin təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak edib  FOTO

Çimərlik mövsümünün açılışı ilə əlaqədar, mayın 30-da IDEA İctimai Birliyinin təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Novxanı çimərliyində təşkil edilən aksiyaya Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və 100 nəfərə yaxın könüllü gənc qoşulub.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Qeyd edək ki, aksiyanın keçirilməsi üçün xüsusən ictimai çimərlik seçilmiş, insanların rahat, təmiz və təhlükəsiz məkanda pulsuz istirahət edə bilməsi üçün ərazidə oturacaqlar və sanitar qovşaq quraşdırılıb, voleybol üçün meydança salınıb, zibil qutuları yerləşdirilib.

"Sahillər təmiz qalsın" şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 11-ci aksiyadır.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları DJ-lərin səsləndirdiyi musiqi sədaları altında çimərlikdən 2 tona yaxın tullantı toplayıblar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilib. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunub.