"İçərişəhər"də əsrarəngiz Latın Amerikası musiqisi (FOTO)


Digərləri 30 May 2019 20:14:55 224 0

"İçərişəhər"də əsrarəngiz Latın Amerikası musiqisi (FOTO)

Bu gün “İçərişəhər” stansiyasının vestibülündə metro sərnişinlərinə ilk dəfə Latın Amerikası xalqlarının musiqi nömrələrindən ibarət konsert təşkil edilib.

Bakı. Bu gün “İçərişəhər” stansiyasının vestibülündə metro sərnişinlərinə ilk dəfə Latın Amerikası xalqlarının musiqi nömrələrindən ibarət konsert təşkil edilib. “Bakı Metropoliteni” QSC-dən Trend-ə verilən məlumata görə, bu həm də ölkəmizdə ilk dəfə geniş miqyasda keçirilən “Latın Amerikası Festivalı”nın açılış tədbiri idi. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilən bu tədbirin təşkilatçılarından biri, braziliyalı musiqiçi və prodüser Klaudiu Franku açılış mərasiminin məhz şəhərin ən kütləvi sərnişindaşıma növü metropolitendə keçirilməsini əhəmiyyətli hadisə adlandırıb. Qədim və müasirliyin vəhdəti olan paytaxtımızı çox sevən Klaudiu Franku gələcəkdə bu tədbirlərin miqyasını genişləndirəcəklərini də vurğulayıb. Qeyd edək ki, festival iyunun 9-dək Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq və təbliğ etmək məqsədilə region ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi ilə keçirilir. Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və s. tədbirlərinin keçirilməsi də nəzərdə tutulub. “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva bu ay “İçərişəhər” stansiyasında Çilidən olan belçikalı saksafonçu Marselo Monkadanın konsertinin doğurduğu rezonans və təşkilatçıların müraciətini nəzərə alan “Bakı Metropoliteni” QSC bu festivalın açılış mərasiminin metroda keçirilməsinə şərait yaratdığını bildirib.