Prokuror 2 nəfərin ölümü ilə nəticələnən qəza törədən polisə cəza istədi


Digərləri 30 May 2019 19:52:17 173 0

Prokuror 2 nəfərin ölümü ilə nəticələnən qəza törədən polisə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror X.Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses mayın 31-dək təxirə salınıb. İttihama görə, ötən il iyunun 12-də Binəqədi rayonu, Binəqədi qəsəbəsidə naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.