“Tsıqan” ləqəbli azərbaycanlı kriminal avtoritet məhkəməyə müraciət edib


Kriminal 30 May 2019 19:48:00 251 0

“Tsıqan” ləqəbli azərbaycanlı kriminal avtoritet məhkəməyə müraciət edib

Rusiyada qətl törətməkdə təqsirləndirən Elmir Məmmədov cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi haqqında qərarın ləğvi üçün kassasiya şikayəti verib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, şikayətə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclasının vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Xəbərə aid foto