Uşaqlarımıza Allahı necə tanıdaq?


Digərləri 30 May 2019 19:40:00 204 0

Uşaqlarımıza Allahı necə tanıdaq?

Valideynlərin bir çox uşaqlarını Allahla tanış etməkdə çətinlik çəkirlər. Uşaqlarla Allah haqqında danışmaq ona görə əhəmiyyətli bir məsələdir ki, uşaqlarınızın ən mühüm ehtiyaclarını ödəyə bilər. Çünki uşaqlar böyüklərdən daha çox qüvvətli və mehriban bir dayağa ehtiyac duyurlar. Onlar elə bir dayaq istəyirlər ki, onların bütün arzularını yerinə yetirməyə qadir olsun.

Son.az deyerler.org-a istinadən bildirir ki, bundan başqa uşaqlarınız Allahı tanıyan zaman başqa gözəllikləri də tanımış olacaqlar: təbiətin gözəlliyini, dünyaya gəlmək və ölməyi, təbii hadislərin Allahla bağlı olduğunu və sair. Uşaqların ruhu həmişə qəribəliklər və möcüzə axtarar. Öz suallarına məntiqli cavab tapan zaman sakitləşir və rahatlıq tapırlar. Əgər uşaq həyatda başqa verən şirin və acı hadisləri Allahla bağlaya bilərsə, həm Allahı dərindən tanımış olacaq və həm də özündə bir rahatlıq hiss edəcəkdir. Dünyada olan hər şey qalıcı deyildir, qalıcı olan tək şey Allahdır. Allaha etiqad - uşağın ən mühüm himayəçisi və əxlaq tərbiyəçisi olacaqdır.(Həvzəh saytına istinadən)

Uşaqların Allahı düzgün dərk etməsi üçün onlara icazə verməliyik ki, Allah haqqında azad söhbət edə bilsinlər. Yəni, qoyun ki, onlar Allahı necə təsəvvür etdiklərini sizinlə bölüşsünlər.

Hər bir yaş həddində Allahı tanıtmaq fərqlidir. Bu məsələyə nəzər salaq.

1-3 yaşlarda.

Onu yadda saxlamalıyıq ki, toxumu əkməyə həyatın ilk illərindən başlamaq lazımdır. Bu yaşlarda Allahı tanıtmağın əhəmiyyəti çox mühümdür. Təzə dil açmış körpələr müqəddəs kəlmələri öyrənib təkrar edə bilərlər. Quran, Allah, peyğəmbər, imam kimi kəlmələri. Əgər uşaqlar bu kəlmələri öyrənməsələr, daha çətin kəlmələri öyrənmək onlar üçün çətin olacaqdır. Onlarda bu kəlmələrə qarşı eşq və etqadı da aşılamaq lazımdır. Bu azyaşlı uşağa Allahı sevdirmənin ilk yoludur. Onlara deyin ki, Allah onları çox sevir, həmişə uşaqları qoruyur. Onlara Allaha etimad etmələrini öyrətməyə çalışın.

3-5 yaşlarda.

Uşaqları Allaha inamağa necə vadar edə bilərik? - sualının özü yanlış bir sualdır. Çünki bu sualara cavab onların fitrətində gizlənmişdir. Düzgün olanı budur ki, Allahın onların həyatlarında olmasını necə başa sala bilərik? - sualıdır. Uşaqlar ətraflarında baş verənlərdən təəcüblənən zaman narahatlığı və ya sevinci təcrübə edərlər. Fikir zəminələri bunun üçün hazırdır. Siz bu haqda danışaraq, Allahın varlığını onlara tanıda bilərsiniz. Məsələn, sizin 5 yaşlı uşağınız atanızın ölümünə görə təəcüblənir və sizə deyirsə ki, baba öləndən sonra nə edir? Ya o, behiştdədir? Cavabında ona deyin ki, sən nə fikirləşirsən? Yəqin ki, o, belə cavab verəcəkdir ki, baba indi behiştdə mələklərin yanındadır. Siz bu zaman onun bu fikrini təsdiq edin. Ya uşağınız bacısının dünyaya gəlişindən sevinirsə, ona asanlıqla Allahı tanıda bilərsiniz. Ya yemək yeyən zaman ona deyin ki, bu yeməyi ona Allah göndərmişdir və biz də gərək ona təşəkkür edək. 3-5 yaşlarında olan uşaq Allahı ruhani bir rəhbər kimi təsəvvür edər. Ona görə onlar soruşarlar: Allah yatır? Allah harada yaşayır? Bu zaman uşağınıza qısaca deyin ki, bilmirəm. Çünki əgər desəniz ki, Allah yatmır və hər yerdə vardır, onlar bunu başa düşməyəcəklər. Çünki yaşları hələ çox kiçikdir. Uşağınıza heç bir zaman deməyin ki, "sən özünü pis aparanda Allah əsəbləşir". Çünki bu zaman uşaq Allahı əsəbi bir ata kimi təsəvvür edəcəkdir.

6-10 yaşlarda.

Təzə məktəbə gedən uşaqlar Allah haqqında suallar verməyə başlayarlar. Allah ölümə səbəb olarmı? Gördüyümüz hər işdən Allahın xəbəri varmı? Bu zaman valideynin verdiyi cavablar çox mühümdür.