"Müğənni qız almaram" qalmaqalına Ayaz da qoşuldu


Şou-biznes 30 May 2019 19:04:00 253 0

"Müğənni qız almaram" qalmaqalına Ayaz da qoşuldu

Müğənni Ayaz Qasımov da "Övladıma müğənni almaram" deyən həmkarlarınn qalmaqalına qoşulub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişində deyilən fikirləri tənqid edib: 

"Səhnədə olanlar kimdənsə əskik, əqidəcə zəifdir? Belə ayrıseçkilik olmaz. Əqidəli insan axtaranda, onun sahəsi önəmli deyil. Əgər insanın əxlaqı, tərbiyəsi varsa, heç bir çalışdığı sahə onu dəyişməz. Çox pis baxıram bu fikiri söyləyənlərə.

Bir şəxslə bağlı danışırsansa, onu araşdır, istədiyin keyfiyyət onda yoxdursa, de. Amma hamıya bunu aid etmək olmaz.

Oğlum musiqiçi olmaq istəsə, icazə verməyəcəm. Çünki gərgin və məsuliyyətli işdir. Ancaq "müğənni qız almaram" fikri ola bilməz".