Asiya ölkələri birgə valyuta yaradacaq?


Dünya 30 May 2019 18:39:00 226 0

Asiya ölkələri birgə valyuta yaradacaq?

Asiya ölkələri idxal-ixrac əməliyyatlarında istifadə üçün vahid valyuta yaratmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Malayziyanın baş naziri Mahathir Məhəmməd Yaponiyada iqtisadi forum zamanı deyib.

Onun sözlərinə görə, əgər Asiya ölkələri daha sıx birləşmək istəyirsə, qızıl standart əsasında ümumi ticarət valyutası yaratmalıdır:

"Bu valyuta daxili hesablaşmalar zamanı deyil, ancaq ölkələr arasında ticarət əməliyyatlarında istifadə olunacaq".