Avroliqanın final oyunundan sonra metro ilə 43 min 529 sərnişin daşınıb - GECƏ


Digərləri 30 May 2019 18:27:00 235 0

Avroliqanın final oyunundan sonra metro ilə 43 min 529 sərnişin daşınıb - GECƏ

Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu zamanı azarkeşlərin əksəriyyəti metro nəqliyyatı ilə daşınıb.

Bakı. Samir Əli - Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu zamanı azarkeşlərin əksəriyyəti metro nəqliyyatı ilə daşınıb. Bu barədə Trend-ə özəl açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, final oyunu günü - mayın 29-da metro stansiyaları ilə adi günlərdən fərqli olaraq 162 min nəfərə yaxın çox sərnişin daşınıb: "Adi günlərdə metro nəqliyyatı ilə gün ərzində orta hesabla 600 min nəfərdən artıq sərnişin daşındığı halda, mayın 29-u axşam saat 00:00-a qədər 761 min 717 sərnişin daşınıb.