“CASPİAN ÉTUDE” Gənc Pianoçuların Birinci Beynəlxalq Müsabiqəsinə start verilir


Kriminal 30 May 2019 18:14:00 193 0

“CASPİAN ÉTUDE” Gənc Pianoçuların Birinci Beynəlxalq Müsabiqəsinə start verilir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 1-5 iyun 2019-cu il tarixlərində Bakıda "CASPİAN ÉTUDE" I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçiriləcək.

Son.az xəbər verir ki, müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı-ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək.

16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər.

"CASPİAN ÉTUDE" I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsində gənc istedadları Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freyvə Azərbaycanın Xalq artisti, beynəlxalqa mükafatlar laureatı Murad Hüseynovdan ibarət Beynəlxalq Münsiflər Heyəti qiymətləndirəcək.

İyunun 1-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin təntənəli açılışı və 1-ci qrupun iştirakçılarının çıxışları dinləniləcək. Yaş qrupları üzrə dinləmələr 2-3 iyun tarixlərində davam edəcək.

İyunun 3-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Münsiflər Heyəti üzvlərinin konserti keçiriləcək.

"CASPİAN ÉTUDE" I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin sonuncu günü, iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqə iştirakçıları tanınmış pianoçularun ustad dərslərində iştirak edəcək, saat 14:00-da isə müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti olacaq.

Ətraflı məlumatı Beynəlxalq Müsabiqənin rəsmi internet səhifəsindən http://www.caspianetude.az/ əldə edə bilərsiniz.

Qeyd edək ki, 1 iyun saat 10:00-da Beynəlxalq Muğam Mərkəzində müsabiqəyə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Beynəlxalq Müsabiqədə iştirak edəcək yerli və xarici istedadlara qələbə sevinci və yeni-yeni uğurlar arzulayırıq.

İyun

10:00 -11:00 - Mətbuat konfransı

11:00 - 12:00 -  Müsabiqənin rəsmi açılışı

12:00 - 1-ci qrup üzrə iştirakçıların dinləmələri

13:30-14:30 - Fasilə

14:30 - 1-ci qrup üzrə iştirakçıların dinləmələri

iyun