Paşinyan sözünü tutmadı: Erməni anaları ayağa qalxdı


Digərləri 30 May 2019 18:19:00 254 0

Paşinyan sözünü tutmadı: Erməni anaları ayağa qalxdı

Dinc dövrdə hərbi xidmət zamanı ölən erməni hərbi qulluqçuların valideynləri bu gün yenidən Ermənistanda hökumət binası qarşısında toplaşıblar.

Son.az Axar.az-a istinadən xəbər verir ki, etirazçılar övladlarının ölümünün əsl səbəblərinin ortaya çıxması üçün hökumətdən ədalətli istintaq aparılmasını tələb ediblər.

Dinc dövrdə ölmüş erməni hərbçilərin anaları həmçinin Ermənistan hökumətini orduda baş vermiş insidentlərin obyektiv araşdırılması ilə bağlı vədlərini yerinə yetirməməkdə ittiham edib.

Rəsmi versiyaya görə, baş beyin şişindən ölmüş Artur Xəzəryan adlı hərbçinin anası İrina jurnalistlərə ölümün araşdırılması üçün yaradılan komissiyanın bu yaxınlarda ilk iclasının keçirildiyini bildirib. Onun sözlərinə görə, suallarına cavab tapmaq ümidi ilə yollandığı iclasda bunun əvəzinə yeni suallar ortaya çıxıb:

"Ekspertlər işə dair materiallarla ümumiyyətlə tanış deyildilər".