Leysan bu ölkəni cənginə alıb


Dünya 30 May 2019 18:09:00 244 0

Leysan bu ölkəni cənginə alıb

Çin hökuməti təxminən 48 min sakinin təxliyə edilməsi barədə qərar qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb Quansi-Çjuan vilayətində artıq bir neçə gündür yağan aramsız leysan yağışları olub.

30 mahal və 9 şəhərdə daşqınlar baş verdiyi bildirlir.

Məlumata görə, fəlakət zonasında 354 mindən çox insan var. Yalnız 48 minə yaxın sakin təhlükəsiz ərazilərə köçürülə bilib.